Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
"Report" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi sabit saxlanılıb.
Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 24-də keçirilmiş iclasında 15 %-dən 17 %-ə qaldırılmış, fevralın 18-də keçirilən iclasında isə sabit saxlanılmış, martın 18-i keçirilmiş iclasında isə 17 %-dən 19 %-ə qaldırılmışdı.