Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,834 milyard ABŞ dolları və yaxud 2,9 % artaraq 100,158 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
1 İyul , 2021 16:23
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,834 milyard ABŞ dolları və yaxud 2,9 % artaraq 100,158 milyard ABŞ dolları təşkil edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 40,918 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına qalxıb. Bu isə həftəlik müqayisədə 381 milyon ABŞ dolları, yaxud 0,9 % azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 3,215 milyard ABŞ dolları, yaxud 5,7 % artaraq 59,240 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi