Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,207 milyard ABŞ dolları, yaxud 2,4 % artaraq 95,536 milyard ABŞ dolları təşkil edib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 42,169 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 649 milyon ABŞ dolları, yaxud 1,5 % azdır.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,856 milyard ABŞ dolları, yaxud 5,7 % artaraq 53,367 milyard ABŞ dolları təşkil edib.