Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,890 mlrd ABŞ dolları, yaxud 3,4% azalaraq 82,351 milyard ABŞ dolları təşkil edib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 41,977 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,350 milyard ABŞ dolları, yaxud 3,1% azdır.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,540 mlrd ABŞ dolları, yaxud 6,8 % azalaraq 40,374 milyard ABŞ dolları təşkil edib.