Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,483 mlrd ABŞ dolları, yaxud 2,7 % azalaraq 90,081 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
21 Yanvar , 2021 17:34
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,483 mlrd ABŞ dolları, yaxud 2,7 % azalaraq 90,081 milyard ABŞ dolları təşkil edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 42,179 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,708 milyon ABŞ dolları, yaxud 3,9 % azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 775 mlrd ABŞ dolları, yaxud 1,6 % azalaraq 47,902 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi