Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları cüzi artıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları cüzi artıb Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 121 mln ABŞ dolları, yaxud 0,1% artaraq 83,638 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
8 Oktyabr , 2020 17:15
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları cüzi artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 121 mln ABŞ dolları, yaxud 0,1% artaraq 83,638 milyard ABŞ dolları təşkil edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 42,229 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,132 milyon ABŞ dolları, yaxud 2,8% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,011 mlrd ABŞ dolları, yaxud 2,4% azalaraq 41,409 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi