Ukraynada kriptovalyuta əməliyyatlarını tənzimləyən qanun qəbul edilib

Ukraynada kriptovalyuta əməliyyatlarını tənzimləyən qanun qəbul edilib Ukraynanın Ali Radası ölkə ərzisində kriptovaslyuta əməliyyatlarını tənzimləyən “Virtual aktivlər haqqında” qanun layihəsini qəbul edib.
Maliyyə
8 Sentyabr , 2021 14:43
Ukraynada kriptovalyuta əməliyyatlarını tənzimləyən qanun qəbul edilib

Ukraynanın Ali Radası ölkə ərzisində kriptovaslyuta əməliyyatlarını tənzimləyən “Virtual aktivlər haqqında” qanun layihəsini qəbul edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, yeni qanun Vergi Məcəlləsinə virtual aktivlərlə əməliyyatlardan vergitutma ilə bağlı dəyişiklər qəbul olunandan sonra qüvvəyə minəcək.

Sənədə əsasən, virtual aktivlər təminatlı və təminatsız olmaqla qeyri-maddi nemət sayılır. Eyni zamanda bazar iştirakçıları virtual aktivlərə olan hüquqlarının məhkəmədə qaydasında müdafiə etmək, belə aktivlərlə əməliyyatlar üzrə ödənişlər üçün banklarda hesab açmaq hüququ əldə edirlər.

Virtual aktivlər ölkədə ödəniş vasitəsi kimi qəbul olunmur. Onlar əmlak və yaxud xidmətə mübadilə edilmir.

Son xəbərlər

Orphus sistemi