Ukraynanın xarici borcu ÜDM-in 81 faizini keçdi

Ukraynanın xarici borcu ÜDM-in 81 faizini keçdi Özəl sektorun borcu 1,1 milyard dollar artaraq 71 milyard dollara çatıb
Maliyyə
5 Aprel , 2021 17:58
Ukraynanın xarici borcu ÜDM-in 81 faizini keçdi

2020-ci ildə Ukraynanın məcmu xarici borcu 4 milyard ABŞ dolları artaraq 125,7 milyard dollara çatıb, yəni xarici borc ÜDM-in 78,6 faizindən 81,2 faizinədək artıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Ukrayna Milli Bankının açıqlamasına görə, o cümlədən ölkənin dövlət sektorunun borcu 2,9 milyard dollar artaraq 54,7 milyard dollara, özəl sektorunun borcu isə 1,1 milyard dollar artaraq 71 milyard dollara çatıb.

Ukraynanın xarici borcunun ABŞ dolları payına düşən hissəsi 5,1 faiz azalaraq 61,6 faiz, avronun payına düşən hissəsi isə 6,9 faiz artaraq 23,7 faiz təşkil edib.

Son xəbərlər

Orphus sistemi