“United Airlines” ən ağır rübünü yaşadı

“United Airlines” ən ağır rübünü yaşadı ABŞ-ın ən böyük hava yolu şirkətlərindən “United Airlines” bu ilin ikinci rübündə orta hesabla gündə 40 milyon dollar nağd pulu itkisinə məruz qalıb.
Maliyyə
22 İyul , 2020 14:21
“United Airlines” ən ağır rübünü yaşadı

ABŞ-ın ən böyük hava yolu şirkətlərindən “United Airlines” bu ilin ikinci rübündə orta hesabla gündə 40 milyon dollar nağd pulu itkisinə məruz qalıb.

“Report” şirkətin açıqlamasına istinadən xəbər verir ki, həmin dövr “United Airlines”in 94 illik tarixində ən ağır rüb oldu. Belə ki, həmin rübü 1,6 milyard dollarlıq xalis zərərlə başa vuran şirkət böhran vəziyyətinə tab gətirmək üçün bütövlükdə 16,1 milyard ABŞ dolları məbləğində borc vəsait cəlb edib.

Belə ki, həmin dövr ərzində koronavirus pandemiyasının səbəb olduğu məhdudiyyətlər üzündən sərnişin daşımaları yox dərəcəsinədək geriləyib, şirkətin əməliyyat mənfəəti isə ötən ilin müvafiq dövrünə nisbətən 87,1 faiz az olub.

Yaxın gələcəkdə orta hesabla gündə 25 milyon dollarlıq zərər çəkəcəyini gözləyən “United Airlines” ilin üçüncü rübündə sərnişin axınının tədricən dirçələcəyini güman edir.

Son xəbərlər

Orphus sistemi