Vatikan Ukraynaya həsr olunmuş gümüş sikkə buraxıb. Bu sikkələrin satışından əldə olunacaq gəlir Ukraynaya yardıma yönəldiləcək.
“Report” “RBC-Ukraine” saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Vatikandakı səfiri Andrey Yuraş bildirib.
“Bu sadəcə simvol deyil, bu, Ukraynaya əsl yardım jestidir. Xüsusi gümüş sikkə Rusiyanın Ukraynaya müdaxiləsinin 100-cü günü ilə əlaqədar buraxılıb”, - səfir deyib.
Sikkənin qiyməti 50 avro təşkil edir.