Venesuela Mərkəzi Bankı bu il oktyabrın 1-dən dövriyyəyə rəqəmsal bolivar buraxacaq.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, rəqəmsal pulun buraxılışı ilə paralel olaraq ölkədə denominasiya həyata keçiriləcək.
Nəticədə milli valyutanın nominalından 6 sıfır yığışdırılacaq.
Rəqəmsal bolivarın dövriyyəyə buraxılması ölkənin hiperinflasiya vəziyyətindən çıxmasına dəstək məqsədi daşıyır. Ölkədə bir fincan kofenin qiyməti il ərzində 2 542 % artaraq 7 662 898 bolivar (1,9 ABŞ dolları) təşkil edib.
Xatırladaq ki, daha əvvəl 2018-ci ildə həyata keçirilən denominasiya zamanı bolivardan 5 sıfır götürülüb. Yeni pul vahidi o zaman təminçisi neft olan “El Petro” adlı kriptovalyutaya bağlanıb. Lakin milli kriptovalyutaya əhali arasında tələbat yoxdur. Pərakəndə satıcılar onu ödəniş vasitəsi kimi qəbul etmirlər.