Yanvarda Azərbaycana xarici investisiya qoyuluşu 10 %-dən çox azalıb

Yanvarda Azərbaycana xarici investisiya qoyuluşu 10 %-dən çox azalıb Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % azdır
Maliyyə
18 Fevral , 2021 15:01
Yanvarda Azərbaycana xarici investisiya qoyuluşu 10 %-dən çox azalıb

Bu ilin yanvar ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 346,5 milyon manat vəsait yönəldilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % azdır.

Məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 337,1 milyon manatı (97,3 %-i) Birləşmiş Krallıq, ABŞ, Norveç, Türkiyə, Yaponiya, Hindistan, Malayziya, İran və Rusiya sərmayədarlarına məxsus olub.

Son xəbərlər

Orphus sistemi