Yaponiyanın ən böyük hava yolları şirkəti “All Nippon Airways”ə (ANA) qarşı haker hücumu nəticəsində 1 milyonadək sərnişinin məlumatları sızdırılıb.
“Report” “Kyodo”ya istinadən xəbər verir ki, ələ keçirilən məlumatlar arasında bank kartları və pasport nömrələri olmadığından həmin şəxslərə hər hansı maliyyə ziyanı yetməyəcək.
ANA bildirib ki, hakerlər biletləri təhkim etməklə məşğul olan SİTA İsveçrə şirkətinə hücum edib.
Həmin hücum nəticəsində ölkənin daha bir iri hava yolları “Japan Airlines”ın da 920 min sərnişininə aid məlumatların oğurlandığı bildirilir.