Yaponiyanın mart ayı ərzində valyuta ehtiyatları 2%-dən çox azalıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, martın 31-nə olan məlumata görə, Yaponiyanın valyuta ehtiyatları, təxminən, 1,4 trilyon ABŞ dolları təşkil edib. Valyuta ehtiyatlarının azalması, ilk növbədə, ABŞ-ın qiymətli dövlət kağızlarının ucuzlaşması ilə əlaqələndirilir. Rəsmi Tokio ehtiyatlarının bir hissəsini ABŞ dollarında saxlayır.
Digər bir səbəb kimi avronun ABŞ dollarına nisbətdə məzənnəsinin düşməsi göstərilir.