"Yelo Bank" fərdi sahibkarlara dəstək olmaqda davam edir

"Yelo Bank" fərdi sahibkarlara dəstək olmaqda davam edir Dəstək verilən digər vətəndaş isə Ülkər Həsənovadır
Maliyyə
2 Aprel , 2021 16:44
Yelo Bank fərdi sahibkarlara dəstək olmaqda davam edir

Sosial layihələrə xüsusi diqqət ayıran "Yelo Bank" Özünüməşğulluq Proqramı çərçivəsində daha 3 vətəndaşı fərdi sahibkarlıqla məşğul olmaq üçün lazım olan avadanlıqlarla təmin edib.

Bu dəfə avtoyuma, kofe satışı və çörəkbişirmə sahələri üzrə biznes qurmaq istəyən vətəndaşlarımıza dəstək olmağa qərar verdik.

Vətən müharibəsinin qazisi Ağayev Bəhmənyar öz avtoyumasını açmaq, Əliməmmədli Rəsul isə səyyar kofe satışı ilə məşğul olaraq, müştərilərini sevindirmək istəyirdi. Yelo Bank olaraq, adı çəkilən vətəndaşların sahibkarlıq ideyalarını reallaşdırmaları üçün lazım olan alətlər, materiallar və avadanlıqlarla təmin etdik.

Dəstək verilən digər vətəndaş isə Ülkər Həsənovadır. O çoxdandır şirniyyat bişirməklə məşğuldur və bu hobbisini şəxsi biznesə çevirməyi arzulayırdı. Ona bu işdə yardım edərək biznesini genişləndirməsi üçün dəstək olduq.

Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımız istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

Öz növbəmizdə, bu tip sosial layihələrin reallaşdırılmasının əhəmiyyətini anlayır və hər zaman sosial proqramlara xüsusi diqqət göstəririk. Özünüməşğulluq proqramına ilk qoşulanlardan olmaqla yanaşı bu layihənin həyata keçirilməsinə dəstək olmağa davam edəcəyik.

Son xəbərlər

Orphus sistemi