“Yelo Bank” ASC nizamnamə kapitalını daha 10 milyon manat və yaxud 2,8% artıraraq 358 milyon manatdan 368 milyon manata çatdırıb.
“Report” xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 5 milyon ədəd yeni səhm buraxılıb.
Qiymətli kağızları “Yelo Bank”ın əsas səhmdarı – “Topaz Investments Limited” QSC əldə edib. Son nəticədə onun Bankdakı payı 95,8%-dən 95,9%-ə çatıb. Əvəzində 2-ci səhmdar (həm də əsas səhmdarın direktoru) Marina Kulişovanın payı 4,1%-dən 4%-ə düşüb, 3-cü səhmdar – “İSR Holdinq” MMC-nin payı isə dəyişməyərək 0,1% qalıb.