Bu dəfə “Yelo Bank” məktəblilərin qayğısına qalaraq tədris ilinin əvvəlində onlayn dərs almaq imkanı olmayan şagirdlər üçün fürsət yaradıb. “Maxi.az” elektronika mağazalar şəbəkəsinin dəstəyi ilə Lənkaran rayonunun Boladi kəndinin 1 saylı orta məktəbinin təhsil nəticələri ilə fərqlənən və aztəminatlı ailələrindən olan şagirdlərinə və onların müəllimlərinə planşet və internet paketlər hədiyyə edilib. Bunun sayəsində şagirdlər onlayn dərslərdən kənarda qalmayacaq. Qeyd olunan tədbir “Yelo School” layihəsinin yalnız ilk hissəsidir. Layihənin davamı olaraq bank əhatə dairəsini genişləndirməyi və onlar üçün maraqlı onlayn təlimlər keçirməyi planlaşdırır.
“Yelo Bank”ın İnkişaf idarəsinin baş direktoru Günay Cəlilova: "Pandemiya şəraiti bir-birimizə daha çox dəstək olmağı tələb edir. Hər zaman prioritet istiqamətlərimizdən olan təhsil sahəsini indi kənarda qoya bilməzdik. Yaranmış vəziyyətlə əlaqəli təhsilə əlçatanlıq məsələsi bizi də narahat etdiyindən belə bir layihə həyata keçirməyi qərara aldıq. İnanıram ki, bu gün dəstək olduğumuz məktəblilər arasında gələcəkdə ölkəmizə, cəmiyyətə misilsiz fayda verən uşaqlar var. Bizim əsas hədəfimiz də məhz budur. Bu planşetlər karantin dövründə şagirdlərin təhsilə çıxışlarının asanlaşdırılması ilə yanaşı, gələcəkdə Bank tərəfindən keçiriləcək müxtəlif mövzulu təlimlərdə iştirak imkanı da yaradacaq”.