Zakir Nuriyev: “Ötən il ilk dəfə nağdsız ödənişlərin payı 50 %-i ötüb”

Zakir Nuriyev: “Ötən il ilk dəfə nağdsız ödənişlərin payı 50 %-i ötüb” 2020-ci ildə nağdsız ödəniş əməliyyatlarının həcmi 118 milyon manat olub ki, bu da 2019-cu ilə nisbətən 10 %-lik artım deməkdir.
Maliyyə
28 Yanvar , 2021 11:01
Zakir Nuriyev: “Ötən il ilk dəfə nağdsız ödənişlərin payı 50 %-i ötüb”
Zakir Nuriyev

2020-ci ildə nağdsız ödəniş əməliyyatlarının həcmi 118 milyon manat olub ki, bu da 2019-cu ilə nisbətən 10 %-lik artım deməkdir.

“Report” xəbər verir ki, bunu onlayn şəkildə keçirilən “Fintex” sammitinin açılışında Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

Z.Nuriyevin sözlərinə görə, nağdsız ödənişlərin sayı ümumi ödənişlərin əsas hissəsini təşkil edir:

“Ötən il nağdsız ödənişlərin ümumi ödənişlərdə payı 53,8 %-ə yüksəlib ki, bu da ilk dəfə ümumi ödənişlərdə qeyri-nağd ödənişlərin əhəmiyyətli paya sahib olması deməkdir.

Ötən il nağdsız ödənişlərin sayı ilə yanaşı həcmində də artım olub və 2019-cu illə müqayisədə məbləğ 1,5 faiz bəndi artaraq 22 %-ə yüksəldi. Ümid edirik ki, qarşıdakı illərdə nağdsız ödənişlərin həcmində də əhəmiyyətli artım olacaq”.

Son xəbərlər

Orphus sistemi