Zakir Nuriyev: “Türk bank icmalarının birgə fəaliyyəti iqtisadi bağları gücləndirəcək”

Zakir Nuriyev: “Türk bank icmalarının birgə fəaliyyəti iqtisadi bağları gücləndirəcək” ​​​​​​​Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların daha da güclənməsinə imkan yaradacaq
Maliyyə
10 May , 2024 10:19
Zakir Nuriyev: “Türk bank icmalarının birgə fəaliyyəti iqtisadi bağları gücləndirəcək”

Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların daha da güclənməsinə imkan yaradacaq.

“Report”un məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər heyətinin Özbəkistan Banklar Assosiasiyasının ev sahibliyi etdiyi Daşkənd şəhərində keçirilən Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının IV iclasında çıxışı zamanı Şuranın vitse-prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, Türk dünyasının banklar assosiasiyalarının bir araya gəldiyi növbəti tədbirin belə qısa müddətdə təşkili bu birliyə verilən önəmin yüksək olduğunu göstərir: “Banklar və ümumilikdə maliyyə sektoru iqtisadiyyatın lokomotividir və onların birliyi iqtisadiyyatda əhəmiyyətli irəliləyişlərin əldə edilməsinə və yön verilməsinə ciddi dəstək olur. Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası, o cümlədən Azərbaycan Banklar Assosiasiyası olaraq bu əməkdaşlığı davamlı dəstəkləyəcəyik”.

O qeyd edib ki, Azərbaycan bankları da ölkə iqtisadiyyatının bir lokomotivi olaraq, öz inkişafını davam etdirir: “Bu inkişafı, həm kəmiyyət, həm keyfiyyət, həm də rəqəmsallaşmada özünü göstərməkdədir”, – deyə qeyd edib”.

Şuranın prezidenti Alpaslan Çakar açılış panelində bu deyib ki, 2022-ci ildə İstanbulda başlnılan yolculuğa, keçən il Bakı, bu il də Daşkənddə davam edilib: “Şura üzvləri olaraq hər il bir araya gəlirik və region üçün əhəmiyyətli olan iqtisadi məsələlər ətrafında müzakirələr aparırıq”.

“Maliyyə trendləri – FinTech və banklar, fırıldaqçılıqla mübarizə, İslam bankçılığının populyarlaşması” adlı konfransın açılış panelində Şuranın prezidenti olaraq Türkiyə Banklar Birliyi idarə heyətinin sədri, “Ziraat Bank”ın baş icraçı direktoru və idarə heyətinin üzvü Alpaslan Çakar və vitse-prezidenti ABA prezidenti Zakir Nuriyev, eyni zamanda Şuraya üzv ölkələrin rəhbər şəxsləri çıxışlar ediblər.

Əlavə edək ki, 04 noyabr 2022-ci il tarixində Türkdilli dövlətlərlə mövcud münasibətlərin iqtisadi baxımdan daha da dərinləşdirilməsi və bu əsasda maliyyə-bank sistemləri arasındakı əlaqənin genişləndirilməsi məqsədilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılıb.

Qeyd edək ki, 13 iyun 2023-cü il tarixində “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”nın ikinci iclası Bakıda baş tutub.

Son xəbərlər

Orphus sistemi