İlkin proqnoza görə bu il Yerin fırlanmasının sürətlənməsi səbəbindən 2020-ci ildən daha qısa olacaq.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Ümumrusiya Elmi Tədqiqat Fiziki, Texniki və Radio Mühəndisliyi Ölçmələr İnstitutu bildirib ki, ötən il qısa günlərin sayı 28 olub. Bu isə 1968-ci ildən bəri rekord göstəricidir.
Eyni zamanda ötən ilin 19 iyul tarixi adi günlərdən 1,4 milisaniyədək daha qısa olub.
“Əgər belə davam edərsə 2021-ci ilin daha qısa olacağı gözlənilir”-deyə, İnstitutun məlumatına qeyd olunub.