ABŞ-ın Massaçusets ştatının Ueston şəhərində ər-arvad 67 il birlikdə yaşayıb və bir gündə vəfat edib.
“Report”un məlumatına görə, bu barədə
Orri Kelli və Con Kostello 1951-ci il kollecdə dostları tərəfindən təşkil edilmiş görüşdə tanış olublar. "Mən dərhal anladım ki, aşiq oldum”, - 56 il sonra Con danışıb: “Biz tanışlığımızdan iki il sonra evləndik. O gündən həyat nağıla çevrildi".
Qeyd edilir ki, onlar birlikdə beş uşaq böyüdüblər. Ailə qayğılarına baxmayaraq, cütlük bir-birinə diqqət göstərməyi əsirgəməyib. Yaxınlarının sözlərinə görə, Orri həmişə dünyaya pozitiv baxıb və doğmaları, yaxınları ilə xoş əhval-ruhiyyə bölüşüb. "Bəli, həmişə, hətta səhər tezdən!" - onun əri Con təsdiqləyib.
Cütlüyün uşaqları iddia ediblər ki, valideynlər onlara şən və qayğısız uşaqlıq illəri hədiyyə ediblər. "Əgər siz təsadüfən onları naharda görsəydiniz, düşünərdiniz ki, necə də sevimli cütlükdür! Onlar belə sevgili idilər", - cütlüyün qızı Morron Tripp danışıb.
"Onlar bir-birlərini sevindirməyi, sürprizlər etməyi və hədiyyələr verməyi sevirdilər”, - Tripp əlavə edib.
91 yaşlı Orri yuxuda ikən ölüb, onun 93 yaşlı əri Conun isə ürəyi bundan 20 saat sonra dayanıb.