ABŞ və Çin liderinin nahar menyusunda plov olub

ABŞ və Çin liderinin nahar menyusunda plov olub ABŞ prezidenti Cozef Bayden Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpini nahara plov və badamlı tortu dadmağa dəvət edib.
Maraqlı
16 Noyabr , 2023 03:17
ABŞ və Çin liderinin nahar menyusunda plov olub

ABŞ prezidenti Cozef Bayden Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpini nahara plov və badamlı tortu dadmağa dəvət edib.

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Telekanalın təqdim etdiyi menyuda, həmçinin qızardılmış toyuq və italyan düşbərəsi kimi bir neçə başqa yeməklər də olub. İçki kimi üzüm suyu seçilib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinlə görüşüb. Liderlər arasında danışıqlar Baydenin prezident kimi fəaliyyətə başladığı 2021-ci ilin yanvarından bəri yeddinci təmasdır.

Si Cinpin altı ildən sonra ilk dəfə ABŞ-a səfər edir və bu səfər zamanı Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi