Almaniyadan olan pilot Semmi Kramer, insanlara yeni növ koronavirus infeksiyasına qarşı peyvənd kampaniyasının başlamasını xatırlatmaq üçün səmada etdiyi hərəkətlə nəhəng şpris çəkib.
“Report”un məlumatına görə, bu barədə “Sudkurier” qəzeti xəbər verib.
Qəzetin yazdığına görə, uçuş təxminən 1,5 saat davam edib. Göydə şpris təsvir etmək üçün Kramer 200 km yol qət edib.
Qeyd edək ki, Avropa Birliyi (AB) ölkələrində yeni növ koronavirus infeksiyasına qarşı əhalinin kütləvi peyvənd vurulmasına başlanılıb. Təkcə Almaniyada bunun üçün 422 məntəqə yaradılıb.