Avstraliyada pilot uçuş vaxtı yatıb

Avstraliyada pilot uçuş vaxtı yatıb Avstraliyada sərnişin təyyarəsinin əsas pilotu uçuş zamanı yuxuya gedib
Maraqlı
27 May , 2021 08:07
Avstraliyada pilot uçuş vaxtı yatıb

Avstraliyada sərnişin təyyarəsinin əsas pilotu uçuş zamanı yuxuya gedib.

“Report” xəbər verir ki, bu barədə “Newsweek” Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosunun hesabatına istinadən məlumat verib.

Hadisə 2020-ci ilin iyul ayında baş verib, lakin istintaqın nəticələri yalnız 10 ay sonra açıqlanıb. Belə ki, pilot dispetçerlərin müraciətlərinə 40 dəqiqə ərzində cavab verməyib, yalnız təyinat yerinə 111 km məsafə qaldıqda əlaqə yaradıb.

Məlumata görə, pilot yorğunluq və yüngül hipoksiya (oksigen çatışmazlığı - Red) səbəbiylə uçuşun ortasında yuxuya gedib.

Son xəbərlər

Orphus sistemi