Bu il Banqladeşdə denqe qızdırmasından yüzlərlə insan ölüb

Bu il Banqladeşdə denqe qızdırmasından yüzlərlə insan ölüb Bu il Banqladeşdə denqe qızdırmasından ölənlərin sayı 1 600 nəfəri keçib.
Maraqlı
28 Noyabr , 2023 05:39
Bu il Banqladeşdə denqe qızdırmasından yüzlərlə insan ölüb

Bu il Banqladeşdə denqe qızdırmasından ölənlərin sayı 1 600 nəfəri keçib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Ölkənin Səhiyyə Xidməti Baş İdarəsi ölkədə təkcə son 24 saatda 8 nəfərin denqe qızdırmasından vəfat etdiyini bildirib. Ölənlərin yarısı paytaxt Dəkkənin payına düşür.

Bu gün daha virusa 920 yeni yoluxma aşkarlanıb. Bununla da Banqladeşdə virusa ümumi yoluxma sayı 309 mini keçib. Hazırda 3 min 493 pasiyentin xəstəxanalarda müalicəsi davam edir.

Qeyd edilir ki, virus insanlara ağcaqanadlar vasitəsilə keçir.

Son xəbərlər

Orphus sistemi