Hindistan həkimləri koronavirusdan vaksinləmə zamanı dünyada ən yaşlı qadını aşkarlayıblar.
“Report” xəbər verir ki, bu barədə
Həkimlər Baramul şəhərində evdə keçirdikləri vaksinləmə zamanı pasiyentlərdən biri 124 yaşlı Rexti Bequm olub. Qadın onlara yaşının əks olunduğu kartı göstərib. Bu informasiyanın rəsmi təsdiqi yoxdur, ancaq həkimlər onu etibarlı hesab ediblər.
Təsadüfən aşkarlanmış Rexti Bequm dünyanın ən yaşlı qadın sakini Kane Tanakidən 6 yaş böyükdür. Sonuncu 2018-ci ildən Yer kürəsində yaşayan ən qoca insandır. Bundan başqa, Hindistanın uzunömürlü sakini hətta 1997-ci ildə 122 yaşında vəfat etmiş fransız Janna Kalmandan da böyükdür. Janna Kalman insanlardan ən qocası hesab edilirdi.
Həkimlər bildiriblər ki, Rexti Bequm koronavirusdan vaksin edilib.