“Report” xəbər verir ki, “Tesla”nın səhmləri bazar ertəsi şirkətin Hertz ilə distribütor parkına 100 000 elektrik avtomobilinin tədarükü ilə bağlı razılaşma xəbərləri fonunda təxminən 13 % bahalaşıb. Eyni zamanda “Tesla”nın kapitallaşması 1 trilyon dolları ötüb.
Nəşrin hesablamalarına görə, bazar ertəsi “Tesla” rəhbərinin sərvəti cümə günü 41,7 milyard dollar artaraq 271,3 milyard dollar təşkil edib. “Forbes Real-Time”sın məlumatına görə, hazırda Maskın sərvəti 257,6 milyard dollar təşkil edir.
Qəzet qeyd edib ki, bu, “Forbes”in 1982-ci ildə hesablamalara başladığından bu günə kimi ən yüksək göstəricidir. Bundan əvvəl “Amazon” şirkətinin qurucusu Ceff Bezosun sərvəti 212 milyard dollara çatanda o, tarixin ən zəngin adamı sayılırdı.
Qeyd edək ki, Amerikanın “Tesla Motors” şirkəti 2003-cü ildə elektrik avtomobilləri və onunla bağlı texnologiyaların istehsalçısı kimi təsis edilib.