Hitlerin 101 yaşlı keçmiş qonşusu uzun ömürlülüyün sirlərini açıb

Hitlerin 101 yaşlı keçmiş qonşusu uzun ömürlülüyün sirlərini açıb Britaniyanın 101 yaşlı sakini, bir zamanlar nasist Almaniyasının lideri Adolf Hitlerlə Münhendə on il çoxmənzilli binada yaşamış yəhudi əsilli Elis Frank-Stok uzunömürlülüyün sirlərini açıqlayıb.
Maraqlı
7 Fevral , 2021 16:20
Hitlerin 101 yaşlı keçmiş qonşusu uzun ömürlülüyün sirlərini açıb
Elis Frank-Stok

Britaniyanın 101 yaşlı sakini, bir zamanlar nasist Almaniyasının lideri Adolf Hitlerlə Münhendə on il çoxmənzilli binada yaşamış yəhudi əsilli Elis Frank-Stok uzunömürlülüyün sirlərini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Bristol Live” nəşri bildirib.

Qadın bildirib ki, uzunömürlü olmaq üçün maksimum çox gəzmək, hərəkətdə olmaq lazımdır.

"Daha çox gəzin, səfərlərə çıxın və bəzən qırmızı şərabdan istifadə edin”, - uzunömürlü qadın deyib.

Elis Frank-Stok 1918-ci ilin dekabrında atasının prokuror işlədiyi Almaniyanın Auqsburq adlı şəhərciyində doğulub. O, üç aylıq olanda ailəsi Münhenə köçüb və atası hakim işləməyə başlayıb. Elis Frank-Stok 1920-ci ildən 1930-cu ilə qədər Hitlerlə bir binada yaşayıb.

Onun sözlərinə görə, Hitler kifayət qədər qapalı insan olub, həyatına sui-qəsddən qorxub.

O, hakimiyyətə gəldikdə Elis Frank-Stok Londona oxumağa gedib. Onun valideynləri 1938-ci ildə möcüzə ilə Almaniyadan qızlarının yanına qaça biliblər. Elis və valideynləri heç vaxt Almaniyaya qayıtmayıblar.

Son xəbərlər

Orphus sistemi