İsveçrədə köhnə avtomobillərin “qəbiristanlığı” aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın
Qeyd edilir ki, hakmiyyət orqanları bu barədə məlumatsız olublar.
Nəşrin məlumatına görə, 70-dən çox nömrəsiz avtomobil Sankt-Qallen şəhərinin Kirxberq bələdiyyəsində, çəmənlikdə yerləşir. Avtomobil “qəbiristanlığı”nda ötən əsrin 70-80-ci illərinin sedanları, bir çox italyan və alman modelləri; məsələn, “Alfa Romeo”, “Fiat 130”, “Lancia Gamma”, “Audi 200”, həmçinin “Opel Senator”, “Opel Commodore Caravan”, “Mercedes-Benz S-Class” var.
Avtomobillərin əksəriyyəti zədəlidir: sınmış şüşələr, havası boşalmış şinlər, kolleksiyanın texniki hissəsi haqqında heç nə məlum deyil. Yerli hakimiyyət köhnə avtomobillərin kimə məxsus olduğunu müəyyən edəcək. Bundan sonra avtomobillər İsveçrə qanunlarına uyğun olaraq utilizasiya ediləcək.