Kubada elektrik enerjisi böhranını aradan qaldırmaq mümkün olmayıb

Kubada elektrik enerjisi böhranını aradan qaldırmaq mümkün olmayıb Kubada əsas istilik elektrik stansiyasının (İES) fəaliyyətinin dayanmasından sonra yaranan enerji böhranı hələ də aradan qaldırılmayıb.
Maraqlı
20 Oktyabr , 2024 03:13
Kubada elektrik enerjisi böhranını aradan qaldırmaq mümkün olmayıb

Kubada əsas istilik elektrik stansiyasının (İES) fəaliyyətinin dayanmasından sonra yaranan enerji böhranı hələ də aradan qaldırılmayıb.

"Report" “Figaro”ya istinadən xəbər verir ki, cümə günü ölkə üzrə elektrik təchizatı dayandıqdan sonra təmir qrupları fasiləsiz işləyib. Bununla belə, bir sutkadan artıqdır “Azadlıq adası”nda elektrik təchizatını bərpa etmək mümkün olmur. 2 milyondan çox sakini olan paytaxt Havanada yalnız generatoru olan otellər, xəstəxanalar və bir neçə fərdi ev elektrikdən istifadə edə bilir.

Kubanın enerji təchizatı 8 İES vasitəsi ilə həyata keçirilir. ABŞ embarqosu bir tərəfdən stansiyalar üçün yanacaq almağa, digər tərəfdən stansiya avadanlıqları üçün ehtiyat hissələri almağa imkan vermir. 70-ci illərdə SSRİ-nin verdiyi avadanlıqlar tez-tez sıradan çıxdığı üçün stansiyalar vaxtaşırı təmirə dayanır. Mart ayından etibarən ölkədən elektrik kəsilmələri daha müntəzəm xarakter alıb.

Son xəbərlər

Orphus sistemi