Maykl Cordanın ayaqqabıları hərracda satıldı

Maykl Cordanın ayaqqabıları hərracda satıldı Basketbol əfsanəsi Maykl Cordana məxsus “Nike Air Jordan 1 High” idman ayaqqabıları “Christies” hərrac mərkəzində 615 min ABŞ dollara satılıb.
Maraqlı
14 Avqust , 2020 13:30
Maykl Cordanın ayaqqabıları hərracda satıldı

Basketbol əfsanəsi Maykl Cordana məxsus “Nike Air Jordan 1 High” idman ayaqqabıları “Christies” hərrac mərkəzində 615 min ABŞ dollarına, yəni 460 min avroya satılıb.

“Report” “BBC”yə istinadən xəbər verir ki, 1985-ci ilin 25 avqust tarixində 22 yaşlı ulduzun “Chicago Bulls”dakı ilk mövsümünü başa vurduqdan sonra İtaliyanın Trieste şəhərində keçirilən Stefanel Trieste – Juve Caserta yoldaşlıq oyununda iştirak edərkən geyindiyi bu tarixi ayaqqabıları 650-850 min dollar məbləğində qiymətləndirilərək top lot olaraq hərraca qoyulmuşdu.

Bütövlükdə Maykl Cordanın “Chicago Bulls”dakı 14 illik karyeri şərəfinə ona məxsus 9 cüt idman ayaqqabısı “Christies” hərraclarına çıxarılaraq satılıb.

Bu ilin may ayında MJ-in ilk mövsümündə geyindiyi ayaqqabıları “Sotheby’s” hərrac mərkəzində 560 min ABŞ dollarından satılmışdı.

Son xəbərlər

Orphus sistemi