Meksika körfəzində “Pemex” neft və qaz şirkətinə məxsus sualtı boru xəttində yanğın baş verib.
“Report” xarici mediaya istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 05:15-də başlayıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Verilən məlumatlara görə, 78 metr dərinlikdə yerləşən boru xəttində qaz sızması baş verib. Lakin alovlanmanın səbəbi hələ ki, aydın deyil. Yanğının söndürülməsi üçün 5 saat vaxt sərf olunub.
Hadisə yerindən yayılmış videogörüntülərdə əriyən isti lavanı xatırladan alovların dənizin səthinə qalxdığını görmək olar.