Məşhur ABBA qrupu yenidən qayıdır

Məşhur ABBA qrupu yenidən qayıdır İsveçin əfsanəvi ABBA qrupu 2021-ci ildə bir neçə yeni mahnı buraxacaq.
Maraqlı
23 İyul , 2020 04:33
Məşhur ABBA qrupu yenidən qayıdır
0 : 00
0 : 00

İsveçin əfsanəvi ABBA qrupu 2021-ci ildə bir neçə yeni mahnı buraxacaq.

“Report”un məlumatına görə, bu barədə musiqi kollektivinin iştirakçısı Byorn Ulveusa istinadən The Independentnəşri yazıb.

Ulveus qeyd edib ki, qrup beş yeni mahnı yazıb. Həmin mahnıları 2020-ci ildə buraxmaq planlaşdırılıb, ancaq texniki çətinliklərə və koronavirus pandemiyasına görə relizləri təxirə salmaq lazım gəlib.

ABBA qrupu son albomunu 1982-ci ildə buraxıb. Bununla belə, qrupun ictimaiyyət qarşısında ifa edilməyən bəzi mahnıları 90-cı illərdə yayılıb. Qeyd edək ki, beynəlxalq “Eurovision” mahnı müsabiqəsi tarixində ən böyük mahnı ABBA-ya məxsusdur. Bu, “Waterloo” mahnısıdır.

Son xəbərlər

Orphus sistemi