Mozambikdə İsa peyğəmbərin 40 günlük orucunu təkrarlamaq istəyən bir keşiş orucunun 25-ci günündə ölüb.
“Report” xəbər verir ki, məlumatı xarici KİV-i yayıb.
Bildirilib ki, Mozambikin Müqəddəs Üçlüyün Evangelist Kilsəsinin (Santa Trinidad) qurucusu 39 yaşlı pastor Fransisko Baraja paytaxt Beyra şəhərindəki hospitala ağır vəziyyətdə çatıdırlıb. Həkimlər onun həyatını xilas edə bilmıyib.
O, İsa peyğəmbərin 40 günlük orucunu təkrarlamağa çalışıb. Ancaq orucunun 25 gün ac və susuz qaldıqdan sonra qohumları və ardıcıllarının təkidi ilə xəstəxanaya yerləşdirilib. Həkim ona kəskin anemiya və daxili orqanların fəaliyyətsizliyi diaqnozu qoyub.