1821-ci ildə istehsal edilmiş “Grand Constance” nadir şərabı hərracda 30 370 ABŞ dollarına satılıb.
“Report” xəbər verir ki, bu barədə
Bu şərab xüsusi olaraq Fransa imperatoru Napoleon Bonapart üçün istehsal edilib.
Dünyada cəmi 12 belə butulka qalıb. Hərrac onlayn keçirilib. Tarixi və çox nadir şərab butulkasının yeni sahibi Böyük Britaniya sakinidir, onun adı açıqlanmır.
“Grand Constance” şərabı müasir Cənubi Afrikanın ərazisində yetişdirilmiş üzümdən hazırlanırdı. O, XIX əsrin əvvəllərində məşhurlaşıb. 1821-ci ildə məhsulun çox hissəsi Napoleona şərab üçün istifadə olunub. Lakin imperator şərabın bu partiyasının alınmasına qədər yaşamayıb. Bu yaxınlarda hərracda satılan butulka bütün bu vaxt ərzində butulka CAR-da saxlanılıb.
Daha əvvəl Fransa imperatoru Napoleon Bonapartın Müqəddəs Yelena adasında sürgündə olduğu zaman öldüyü otağın açarı “Sotheby's” ticarət şəbəkəsində təxminən 112 min ABŞ dollarına satılıb.