NASA Ayda su tapdı

NASA Ayda su tapdı ABŞ-ın Aeronavtika və Kosmik Sahənin tədqiqatı üzrə Milli İdarəsinin (NASA) rəhbəri Cim Braydenstayn bildirib ki, təşkilat Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkar edib.
Maraqlı
27 Oktyabr , 2020 06:37
NASA Ayda su tapdı

ABŞ-ın Aeronavtika və Kosmik Sahənin Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) rəhbəri Cim Braydenstayn bildirib ki, təşkilat Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkar edib.

“Report” xəbər verir ki, bu barədə o özünün "Twitter"dəki səhifəsində yazıb.

NASA rəhbərinin sözlərinə görə, tapıntı haqqında məlumatlar “SOFIA” teleskopunun köməyi ilə alınıb.

"Biz ilk dəfə Ayın Günəş tərəfində suyun mövcudluğunu təsdiq edə bilərik", - Braydenstayn bildirib.

O, qeyd edib ki, NASA hələ bu sudan resurs kimi istifadə etməyin mümkün olub-olmadığını bilmir. Bu halda Braydenstayn əlavə edib ki, Ayda suyun mövcudluğu NASA-nın sonrakı tədqiqat planları üçün əsasdır.

Son xəbərlər

Orphus sistemi