Nepallı alpinist Kami Rita 26-cı dəfə planetin ən yüksək zirvəsi olan Everestə qalxıb.
Bu barədə “Report” “Press Trust of India”ya istinadən xəbər verir.
Məlumata görə, bir qrup alpinistlə birlikdə Everest zirvəsinə qalxan Rita 26-cı uğurlu yüksəlişini həyata keçirərək öz rekordunu yeniləyib.
"Kami Rita özünün dağa dırmaşma üzrə rekordunu və yeni dünya rekordunu qırdı", - Nepalın Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Taranat Adhikari deyib.
Nepalın Turizm Nazirliyi bu il 316 nəfərin zirvəyə qalxmasına icazə verib.
Nepal və Tibet arasında yaşayan Himalay dağlarının yerli sakinlərinə şerpalar deyilir. Bu söz qərb dillərində "bələdçi" mənasında işlədilir, çünki yaşadıqları dağlıq bölgələrlə tanış olan şerpalar Qərbdən gələn qonaqlara bələdçilik edir.