Şotlandiyada uşaqlar, 16 yaşa qədər yeniyetmələrlə bağlı fiziki cəzaların tətbiqinin qadağan olunduğu qanun rəsmən qüvvəyə minib.
Bu barədə “Report” “Express and Star” portalına istinadən xəbər verir.
Qeyd edilir ki, yeni qanun ölkə sakinlərinə tərbiyə məqsədli şapalaqları da tərgitdirir.
"Mən çox şadam ki, Şotlandiya Böyük Britaniyada uşaqları böyüklər kimi zorakılıqdan eyni müdafiəni təmin edən qanunu qəbul edən ilk ölkə oldu”, - uşaq haqları üzrə görə səlahiyyətli şəxs Meri Todd bildirib.
O əlavə edib ki, uşaqlara qarşı qəddarlığa bəraət qazandırmaq olmaz.
Yeni qanun ötən il qəbul edilib, ancaq dünən qüvvəyə minib. Daha əvvəl Şotlandiyada valideynlərə və qəyyumlara uşaqları cəzalandırmağa icazə verilirdi.
Qeyd edək ki, dünyada ilk dəfə 1979-cu ildə İsveçdə şapalağa qadağa qoyulub. Şotlandiya bu siyahıda 57-ci ölkə olub. Güman edilir ki, analoji qanun gələn ilin yanvarında Uelsdə bəyəniləcək. Əgər qanun qəbul edilsə, onda 2022-ci ildən qüvvədə olacaq. İngiltərə və Şimali İrlandiya hazırda belə tədbirləri qəbul etməyi planlaşdırmır.