Yaponiyanın "Nintendo" şirkətinin Super Mario 64 video oyun kartrici ABŞ-ın "Heritage Auctions" hərracında 1,56 milyon dollara satılıb.
"Report"un məlumatına görə, bu barədə ticarət evi öz "Twitter" səhifəsində yazıb.
Ticarətin nəticəsi video oyunlar üçün rekod sayılır. Super Mario 64 oyunu iyulun 9-da 870 min dollara hərraca qoyulmuş "The Legend of Zelda" ("Zelda haqqına əfsanə") oyunun rekordunu qırıb.