Tasmaniya iblisləri Avstraliyada balalayıb

Tasmaniya iblisləri Avstraliyada balalayıb Adada yayılmış ölümcül xəstəlik nəticəsində sözügedən heyvanların 90 faizi tələf olub və onlardan cəmi 25 mini sağ qalıb
Maraqlı
26 May , 2021 18:34
Tasmaniya iblisləri Avstraliyada balalayıb

Avstraliya qitəsinin yabanı təbiətinə 3000 il sonra bir daha, bu dəfə insanların köməyilə qaytarılan ən iri kisəli ətyeyən heyvan olan Tasmaniya iblisi burada balalayıb.

“Report” xəbər verir ki, bu, Avstraliya yabanı təbiətini avropalıların gəlişindən əvvəlki, yəni ilkin vəziyyətə uyğun bərpa etməyi qarşıya məqsəd qoyan “Aussie Ark”, “Rewild”, “Wild Ark” təşkilatlarının birgə səylərilə mümkün olub.

“Aussie Ark” tərəfindən bu il 26 Tasmaniya iblisinin məskunlaşdırıldığı 400 ha-lıq qoruq ərazisinə qarşıdakı iki il ərzində daha 20 heyvan buraxmaq nəzərdə tutulur. Həmin 26 heyvanın balalarının sağlam olduğu bildirilir.

Qeyd edək ki, keçmişdə Avstraliyanın böyük ərazilərində yaşamış Tasmaniya iblisləri sonradan avropalılar tərəfindən gətirilərək təbiətə buraxılmış dinqo itləri tərəfindən məhv edilib və yalnız qonşu Tasmaniya adasında qalıb. Üstəlik, adada yayılmış ölümcül xəstəlik nəticəsində sözügedən heyvanların 90 faizi tələf olub və onlardan cəmi 25 mini sağ qalıb.

Son xəbərlər

Orphus sistemi