Telefon enerji toplayan zaman ondan istifadə etmək təhlükəlidir

Telefon enerji toplayan zaman ondan istifadə etmək təhlükəlidir Smartfonu enerji ilə doldurarkən, batareya istilənir. Buna görə də, öz təhlükəsizliyiniz üçün sizə gələn zəngi cavablandıran zamanı ya mobil cihazın adapterini elektrik şəbəkəsindən ayırın, ya da səsgücləndirici ilə danışın.
Maraqlı
26 Dekabr , 2020 07:27
Telefon enerji toplayan zaman ondan istifadə etmək təhlükəlidir

Smartfonu enerji ilə doldurarkən, batareya istilənir. Buna görə də, öz təhlükəsizliyiniz üçün sizə gələn zəngi cavablandıran zamanı ya mobil cihazın adapterini elektrik şəbəkəsindən ayırın, ya da səsgücləndirici ilə danışın.

“Report”un məlumatına görə, bunu “Telecom” analitik agentliyinin direktoru Denis Kuskov “Praym” nəşrinə deyib.

Onun sözlərinə görə, mövcud həyat ritmini nəzərə alsaq çoxları smartfonu gün ərzində bir neçə dəfə enerji ilə doldurmaq məcburiyyətindədir.

“Hazırda smartfonları sürətlə,10-15 dəqiqə ərzində dolduran yeni texnologiyalar mövcuddur. Lakin bu zaman batareya isinir. Buna qalın telefon qutusu əlavə edilərsə, həddindən artıq istiləşmə ehtimalı yüksəkdir. Ona görə təhlükəsizlik baxımından cihazı şəbəkədən ayıraraq danışmaq daha yaxşıdır. Əlbətdə ki, telefonun əllərinizdə partlaya biləcəyi ehtimalı yoxdur, amma bu riski tamamilə aradan qaldırmaq daha yaxşıdır”.

Son xəbərlər

Orphus sistemi