Vatikan keşişlərin eynicinsli cütlüklərə xeyir-dua verməsini qadağan edib

Vatikan keşişlərin eynicinsli cütlüklərə xeyir-dua verməsini qadağan edib Eynicinsli nikaha girən cütlüklər Katolik kilsənin xeyir-duasını ala bilməyəcəklər
Maraqlı
16 Mart , 2021 10:26
Vatikan keşişlərin eynicinsli cütlüklərə xeyir-dua verməsini qadağan edib

Eynicinsli nikaha girən cütlüklər Katolik kilsənin xeyir-duasını ala bilməyəcəklər.

“Report” xəbər verir ki, bu barədə qərarı İnanc Doktrinasının Konqretasiyası (Dini doqma və əxlaqın ortodoksallığı və paklığına nəzarət etməkdən məsul olan Katolik kilsəsinin idarə orqanı) elan edib.

Papa Fransisk tərəfindən də imzalanan qərar bir sıra Katolik yeparxiyaların sorğularına rəsmi cavab olub. Belə ki, xarici KİV-də yayılan məlumata görə, bəzi ölkələrdəki bir çox keşişlər eynicinsli cütlüklərə xeyir-dua verməyə başlayıblar.

İnanc Doktrinasının Konqretasiyası bəyan edib ki, hətta nikahdankənar özündə seksual aktivliyi ehtiva edən stabil partnyorluq varsa, xeyir-dua verilməməlidir. Kilsəyə görə, evlilik yalnız kişi və qadın arasında ola bilər.

Xatırladaq ki, 2020-ci ildə Roma Papası Fransisk dünyəvi cəmiyyətlərdə eynicinsli evliliklərin qanuniləşdirməsinin lehinə çıxış edib: “Homoseksualların ailəyə sahib olmaq haqqı var. Onlar Allahın övladlarıdır. Biz vətəndaş evliliyi haqqında qanunlar lazımdır ki, onların haqlarını müdafiə edə bilək”.

Son xəbərlər

Orphus sistemi