Virus və bakteriyaları bir neçə saniyədə məhv edən parça yaradılıb

Virus və bakteriyaları bir neçə saniyədə məhv edən parça yaradılıb Rusiya alimləri antiviral və antibakterial xüsusiyyətlərə malik parça yaradıblar.
Maraqlı
16 Avqust , 2021 04:28
Virus və bakteriyaları bir neçə saniyədə məhv edən parça yaradılıb

Rusiya alimləri antiviral və antibakterial xüsusiyyətlərə malik parça yaradıblar.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Belə ki, virus və bakteriyalar parçanın üzərinə düşdükdən bir neçə saniyə sonra məhv olur. “İonit” adlanan parçadan tibbi maskaların, qoruyucu kostyumların hazırlanması və hava filtri kimi istifadə edilməsi planlaşdırılır.

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti materialın qoruyucu xüsusiyyətlərini və insanlar üçün təhlükəsiz olduğunu təsdiq edib.

Son xəbərlər

Orphus sistemi