Avstriyada "Hitlerin eyvanı"nı tarixi abidə kimi açmağı planlaşdırırlar

Avstriyada "Hitlerin eyvanı"nı tarixi abidə kimi açmağı planlaşdırırlar Avstriyanın paytaxtı Vyanada ziyarətçilər üçün 1938-ci ildə nasist Almaniyasının rəhbəri, diktator Adolf Hitler Avstriyanın və Üçüncü reyxin “birləşdiyi”ni elan etdiyi yerin - "Hitlerin eyvanını" açmağa qərar veriblər
Maraqlı
14 Mart , 2021 02:36
Avstriyada Hitlerin eyvanını tarixi abidə kimi açmağı planlaşdırırlar

Avstriyanın paytaxtı Vyanada ziyarətçilər üçün 1938-ci ildə nasist Almaniyasının rəhbəri, diktator Adolf Hitlerin Avstriyanın və Üçüncü reyxin “birləşdiyi”ni (anşlyüs-red) elan etdiyi yerin - "Hitlerin eyvanı"nı açılmasına qərar veriblər.

“Report” xəbər verir ki, bu barədə “Welt” yazıb.

Hitlerin bu mövzuda çıxışı 1938-ci ilin 15 martında Xofburq qalasının eyvanında olub. Eyvan tarixi abidə kimi Avstriya Tarixi Evinin (HdGÖ) direktoru Monika Zommerin qərarı ilə açılacaq. Qeyd edək ki, Avstriya Tarixi Evi də qalada yerləşir.

Zommerin sözlərinə görə, əvvəlcə maraqlı şəxslər üçün ekskursiyalar təşkil ediləcək. Qeyd edilir ki, Avstriya tarixinin Evinin rəyi soruşulmuş ziyarətçilərinin əksəriyyəti eyvanın açılması ilə bağlı müsbət fikirlərini bildiriblər.

Qeyd edək ki, Adolf Hitler Avstriyada anadan olub. İkinci Dünya Müharibəsinin başlanmasının əsas səbəbkarlarından olan nasist Almaniyasının lideri on milyonlarla insanın məhv edilməsinin əsas səbəbkarlarındandır.

Son xəbərlər

Orphus sistemi