Zaqatalada 65 illik muzeydə heyvan müqəvvaları saxlanılır

Zaqatalada 65 illik muzeydə heyvan müqəvvaları saxlanılır Zaqatalada 65 illik muzeydə heyvan müqəvvaları saxlanılır.
Maraqlı
17 Oktyabr , 2024 19:24
Zaqatalada 65 illik muzeydə heyvan müqəvvaları saxlanılır

Zaqatalada 65 illik muzeydə heyvan müqəvvaları saxlanılır.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala Təbiət Muzeyi 1959-cu ildə Dövlət Təbiət Qoruğunun nəzdində yaradılıb.

Dörd otaqdan ibarət muzeydə qoruqda mühafizə olunan yüzlərlə fauna növünün müqəvvası nümayiş etdirilir. Burada Qafqaz nəcib naralı, Qafqaz qonur ayısı, canavar, Şərqi Qafqaz turu, qartalların bütün növləri və digər vəhşi heyvanlar ovlanaraq içləri çıxarılıb və dərmanlanıb.

Muzeyin girişində Qoruğun meşə relyefinin təsvirini əks etdirən stend, şəkillər, quşların müqəvvaları və bir sıra maraqlı məlumat lövhələri nümayiş olunur.

Muzeyə hər il xeyli sayda məktəbli gələrək qoruğun zəngin təbiəti, burada mühafizə olunan nadir fauna nümunələri ilə tanış olmaq imkanı əldə edirlər.

Qeyd edək ki, geniş əraziyə malik olan Zaqatala Dövlət Təbiət Qoruğunda Qırmızı kitaba düşən xeyli sayda heyvan var və bu heyvanların ovlanması qadağandır.

Son xəbərlər

Orphus sistemi