"Azərbaycan mədəniyyətlərarası və dinlərarası əməkdaşlıq sahəsində mayak rolunu oynayıb".
“Report” xəbər verir ki, ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Ravvin Mark Şnayer "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.
O, bu tədbiri təşkil etdiyinə görə Azərbaycanın Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib, həmçinin Prezident İlham Əliyevə minnətdarlığını çatdırıb: “Məhz Prezident İlham Əliyevin sayəsində Azərbaycan Republikası mədəniyyətlərarası və dinlərarası əməkdaşlıq sahəsində mayak rolunu oynayıb”.
M.Şnayer Prezident İlham Əliyevin yəhudi icmasına, İsrail dövlətinə olan münasibətini təqdir edib: "Ən böyük yəhudi icması məhz Azərbaycandadır".
"Sülh ya qazanıla bilər, ya da alına bilər. Sülhü şərə qalib gəlməklə də qazanmaq olar. Sülh ləyaqətin ayrılmaz çalarıdır. Sülh üçün ümumi inamımız qayğımızın təcəssümüdür", - o qeyd edib.