Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, müvafiq videomüraciət feysbukda yayılıb.
“Əziz azərbaycanlı dostlar, sizi, dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə, xoşbəxtlik, əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək!”- o bildirib.