Amerikalı pianoçu Mark Demişin Heydər Əliyev Mərkəzində konserti olacaq

Amerikalı pianoçu Mark Demişin Heydər Əliyev Mərkəzində konserti olacaq Tanınmış amerikalı pianoçu Mark Demiş dunya turu çərçivəsində avqustun 19-da Heydər Əliyev Mərkəzində “Hərəkət” (“Mouvement”) adlı konsert proqramı ilə çıxış edəcək.
Mədəniyyət siyasəti
8 İyul , 2024 14:46
Amerikalı pianoçu Mark Demişin Heydər Əliyev Mərkəzində konserti olacaq

Tanınmış amerikalı pianoçu Mark Demiş dunya turu çərçivəsində avqustun 19-da Heydər Əliyev Mərkəzində “Hərəkət” (“Mouvement”) adlı konsert proqramı ilə çıxış edəcək.

“Report”un məlumatın görə, konsertdə Aaron Koplend, Corc Gerşvin, Frederik Şopen, Klod Debüssi kimi məşhur bəstəkarların sevilən əsərləri ifa olunacaq.
İfaçının yaradıcı tərcümeyi-halına bir neçə dünya turnesi, yüzlərlə konsert daxildir.

M.Demişin Afrika, Almaniya, Avstraliya, Çin, Hindistan, İsrail, Misir, Niderland, Polşa, Rusiya, Tayvan, Vyetnam, Yaponiya, Yeni Zelandiya, Yunanıstan, ümumilikdə 70-dən çox ölkədə fortepiano konsertləri olub.

Qeyd edək ki, Mark Demiş 7 yaşında artıq ilk fortepiano konsertini verib. 19 yaşında isə gənc musiqiçi dünya qastroluna çıxıb. Həmin dövrdə musiqiçi həm də Vyana oğlanlar xoru ilə birgə vokal qrupunun tərkibində çıxış edib.

Pianoçu hüquqşünas ixtisası üzrə də təhsil alıb və həmin sahə üzrə işləyib. Musiqiçi kimi sənətinə 19 il fasilə verib, amma 2000-ci ilin yayında yenidən səhnəyə qayıtmaq qərarına gəlib.

Sevil Seymur

Son xəbərlər

Orphus sistemi