"Fəxri adların verilməsi ilə bağlı dediyim fikirlər düzgün anlaşılmayıb. Söhbət gələcəkdə fəxri adların verilməsində sui-istifadə hallarının qarşısının alınmasından gedir".
"Report" xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini, naziri vəzifələrini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu məqsədlə gələcəkdə hüquqi tənzimləyici mexanizmin yaradılması təklif edilib: "Bu mexanizimə əsasən, orada açıq aşkar meyarlar tətbiq olunacaq. Bu meyarlar vasitəsilə fəxri adlar üçün təqdim olunan namizədlərin nəzərdən keçirilməsi müstəqil kommisiya tərəfindən həyata keçiriləcək. Hesab edirik ki, qərarın gizli şəkildə qəbul edilməsi məqsədəuyğun olar. Bu hələ bizim təklifimizdir. Bununla da gələcəkdə bu prosesdə hər hansı bir sui-istifadə hallarının qarşısını ala biləcəyik".