Arif Quliyev ECMO cihazına qoşulub

Arif Quliyev ECMO cihazına qoşulub Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub
Mədəniyyət siyasəti
28 Aprel , 2021 19:23
Arif Quliyev ECMO cihazına qoşulub
Arif Quliyev
0 : 00
0 : 00

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub.

“Report” xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb.

O bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

R.Quliyev atasının səhhətini diqqət mərkəzində saxladıqları üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, A.Quliyevin müalicəsi "Yeni Klinika"nın Reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99%-nin zədələndiyini bildirirlər.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Son xəbərlər

Orphus sistemi